İranda son sutka ərzində 7390 nəfər koronavirusa yoluxub, 62 pasiyent dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların sayı 1 milyon 518 min 263, ölənlərin sayı isə 58 min 945 nəfərə çatıb.

Hazırda xüsusi xəstəxanalarda müalicə alan 3709 xəstənin vəziyyəti ağır olaraq qalır. İranda indiyədək 1 milyon 298 min 23 nəfər koronavirusdan sağalıb.