Belarus prezidenti Aleksandr Lukaşenko əhalini ABŞ-ın nəzarətindən yayınmaq üçün düyməli telefonlardan istifadə etməyə çağırıb. O, bildirib ki, "ağıllı insanlar" çoxdandır ki, düyməli telefonlardan istifadə edir. 

Unikal.org xəbər verir ki, ölkə rəhbəri bu barədə Ümumrusiya Xalq Məclisində deyib.

"On ikinci smartfon və iPhone-dan danışmıram, Allah xatirinə, axtarın. Amerikalıların sizi hər dəqiqə olduğunuz yerdə izləməsini istəyirsiniz? Siz bu iPhone-larda nə axtarırsınız?"

Prezident qeyd edib ki, “ağıllı insanlar” çoxdan bəri düyməli telefon alırlar. 

Qeyd edək ki, daha əvvəl Aleksandr Lukaşenko bu cihazları təhlükəli hesab etdiyi üçün cib telefonu istifadə etmədiyini etiraf edib.