İspaniyada aparılan araşdırmalar D vitamininin koronavirus (Covid-19) ölümlərini yüzdə 60 azalda biləcəyini ortaya qoyub.
Unikal.org xəbər verir ki, tədqiqatçıları sözlərinə görə D vitaminin sayəsində koronavirus ölüm riskini azaltmaq mümkün olduğu bildirilib.
Britaniyalı millət vəkili David Davis, D vitamini müalicəsinin həssas qruplara təklif edilə biləcəyini və araşdırmanın nəticələrinin güclü olduğunu qeyd edib. Davis, ayrıca müalicəni hər xəstəyə tətbiq etmək üçün "tələsmək" lazım olduğunu da bildirib.