Türkiyədə son sutka ərzində 94 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 6287 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 27 471, virusa yoluxanlar isə 2 586 183 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 475 329 pasiyent (son sutkada 6910 nəfər) sağalaraq evə buraxılıb.