Böyük Britaniyada son sutka ərzində 10 972 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 038 078 nəfərə çatıb. Ötən 24 saatda daha 258 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 117 166 nəfərdir. Britaniyada COVID-19-la bağlı vəziyyət hələ də kritik həddədir.