Daha bir Afrika ölkəsində "Ebola" virusuna kütləvi yoluxma və ölüm faktı qeydə alınıb.
Unikal.org xəbər verir ki, Qvineyanın səhiyyə naziri Remi Lama bildirib ki, Qouecke vilayətində ilkin mərhələdə artıq 4 nəfər ölüb. Nazir yoluxma halları artmaqda davam etdiyini açıqlayıb.
Qeyd edək ki, daha öncə Demokratik Konqo Respublikasının şərqində 130 nəfərin "Ebola" virusuna yoluxması qeydə alınıb. Onlardan 55 nəfər sağalıb, 1 nəfər isə ölüb.