Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artmaqda davam edir.

Unikal.org xəbər verir ki, dünya ölkələri üzrə yoluxma sayı 109 milyon 390 min 539 nəfərə çatıb.

Hazırda pandemiya qurbanlarının sayı 2 milyon 411 min 501 nəfərdir. İndiyədək 81 milyon 474 min 624 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində dünyada 300 min 530 nəfər infeksiyaya yoluxub, 7776 nəfər isə həyatını itirib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.