Myanmada çevrilişlə hakimiyyəti ələ keçirmiş hərbi xunta ölkə ərazisində interneti tam məhdudlaşdırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, çevrilişə qarşı etirazların təşkili sosial media platformaları üzərindən həyata keçirilirdi. Buna görə də internetin məhdudlaşdırılması ilə bağlı qərar verilib.

Qeyd edək ki, bir müddət öncə ölkədə internet yasaqlanmışdı, lakin indiki qərarla internetə giriş tam məhdudlaşdırılıb.