ABŞ İraqın şimalında PKK terror təşkilatı tərəfindən şəhid edilən türk əsgərləri ilə bağlı Türkiyəyə başsağlığı verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Baş verən hadisədən dərin üzüntü keçiririk. Hadisəni şiddətlə qınayırıq. NATO müttəfiqimiz olan Türkiyəyə və İraqın Qara bölgəsində həlak olan türk hərbçilərinin ailələrinə dərin hüznlə başsağlığı veririk", - deyə qeyd olunub.