Ermənistan baş naziri Nikol Paşinyan Antikorrupsiya Şurasının tərkibində dəyişikliklər edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu vaxta kimi qurumda təmsil olunan müxalifətçi deputat da Antikorrupsiya Şurasından xaric edilib. Belə ki, müxalif Çiçəklənən Ermənistan Partiyasının funksioneri, Ermənistan parlamentinin üzvü Naira Zohrabyan işdən kənarlaşdırılıb.

Paşinyanın bu qərarı narazılıq doğurub. Bildirilib ki, müxalifət təmsilçilərinin korrupsiya ilə mübarizə sahəsində ictimai nəzarətin təmin olunmasında iştirakı bununla mümkünsüz olub.

Qeyd edək ki, deputat N.Zohrabyan Paşinyan və tərəfdarlarını təhqir etməklə gündəmə gəlmişdi. Bu əməlinə görə müxalif deputat parlamentdə komissiya sədri vəzifəsini də itirmişdi.