"Microsoft” şirkətinin təsisçisi Bill Qeyts yaxın beş ildə qlobal iqlim dəyişikliyi ilə mübarizə layihələrinə 2 milyard dollar yatırmaq niyyətindədir.
Unikal.org xarici KİV-ə istindən xəbər verir ki, Bill Qeyts dünya dövlətləri də iqlimin müdafiəsi ilə bağlı tədqiqatlar üçün xərcləri minimum 5 dəfə artıraraq 110 milyard dollara çatdırmalıdırlar.
Bill Qeyts, həmçinin dünya sənayesinin atom enerjisindən imtina etməməsi gərəkdiyini bildirib. Milyarderin fikrincə, günəş və külək enerjisi elektrikə olan qlobal tələbatı qarşılamaq gücündə deyil.