Qırğızıstanın prezidenti Sadır Japarov özünütəcrid prosesinə başlayıb.
Unikal.org Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, Japarov koronavirusa yoluxmayıb. Qırğızıstan prezidentinin özünütəcridə başlamasının səbəbi başqadır.
Belə ki, S.Japarov Rusiya səfər etməyə hazırlaşır. Moskvada onun yüksək səviyyəli görüşləri nəzərdə tutulub. Buna görə də yoluxma və daşıyıcı kimi yoluxdurma riskini sıfra endirmək üçün Qırğızıstan prezidenti səfərdən əvvəl özünütəcridə başlayıb.