Koronavirusa yoluxmuş Ermənistan prezidenti Armen Sarkisyan müalicəsini İrəvanda davam etdirir.
Unikal.org xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb. O, fevralın 13-də Ermənistanın paytaxtına qayıdıb.
Qeyde dək ki, dekabr ayından bəri Britaniyada olan Sarkisyan yeni ili orda qeyd edib və ayağından əməliyyatı olunub. Lakin 5 yanvarda ona koronavirus diaqnozu qoyulub. Yanvarın 13-də xəstəxanaya yerləşdirilib. Sarkisyanın həyat yoldaşı Nune Sarkisyan da koronavirusa yoluxub.