Suriyadan qanunsuz yolla Türkiyəyə keçməyə cəhd edən 3 Yeni Zelandiya vətəndaşı saxlanılıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilib ki, Hatayın Reyhanlı ilçəsində Suriyadan Türkiyəyə keçməyə çalışan 3 şəxs tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, onlardan biri İŞİD terror təşkilatının qırmızı bülletenlə axtarışda olan üzvüdür. Hazırda araşdırmalar davam etdirilir.