İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 83 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.
S. Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 59 028 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 760 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 526 023 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 3 704 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
S. Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 304 330 nəfər koronavirusdan sağalıb.