Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən rayon sakini Əkbər Eyvazov saxlanılıb. Ondan “MR-155” markalı ov tüfəngi və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Bu barədə Unikal.org-a DİN-nin Mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.