Kanadada yaşayan Banqladeş əsilli Menhaz Zaman adlı gənc 2015-ci ildə mühəndislik ixtisasına qəbul olub.
Unikal.org xəbər verir ki, hər gün evdən kompüteri ilə çıxan gənc ailəsinə universitetə getdiyini söyləyərək, internet klublarına gedib. Belə ki, dərslərini tamamilə tərk edib oyunla vaxt keçirən 24 yaşlı gənc, yalanının üzə çıxmaması üçün məzuniyyət mərasimində iştirak etmək istəyən ailəsini öldürüb. Faciəvi ailə cinayəti törədən gəncin əməli dünya mətbuatında gündəm yaradıb.
Əvvəlcə anasının və nənəsinin boğazını kəsən Menhaz, ailənin digər üzvlərini öldürməyi gözləyərkən evdə oynamağa davam edib. Daha sonra o, evə gec gələn atasını və bacısını bir göz qırpımında da öldürüb. Etdiyi qətllər barədə oyun yoldaşlarına məlumat verən Menhaz, öldürdüyü ailəsinin dəfni üçün iman gətirib.
İmanın polisə şikayəti əsasında gənc həbs edilib.