Fransa "Google" şirkətini cərimələyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cərimənin ümumi məbləği 1.1 milyon avro olub. Səbəb hotellərin reytinq cədvəlində  "Google" tərəfindən təhriflərə yol verilməsidir.

Hotellərdən hökumətə daxil olan şikayət səbəbi ilə araşdırma aparılıb və rəqabət haqqında qanunvericiliyin tələblərinin pozulması faktı üzə çıxıb. "Google" səhvini düzəltsə də, cərimədən qurtula bilməyib.