Ermənistanın xarici işlər naziri Ara Ayvazyan və Rusiya XİN başçısı Sergey Lavrov görüş keçirəcək.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, görüş 17 fevralda Rusiya paytaxtı Moskva şəhərində keçiriləcək. Bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindən məlumat verilib.

İkitərəfli münasibətlər və digər məsələlər müzakirə mövzusu olacaq. Detallar açıqlanmayıb.