ABŞ-ın Tennessi ştatında sahibi ölən itə  5 milyon dollar miras qalıb. 

Unikal.org xəbər verir ki, 2020-ci ilin son günlərində vəfat edən iş adamı Bill Dorisinin 8 yaşlı “Border Collie” cinsi köpəyi Luluya 5 milyon miras qalıb. Doris vəsiyyətnaməsində mirasının Lulunun baxımına xərclənməsini və bu məqsədlə hər ay köpəkin baxıcısı Marta Burtona uyğun bir məbləğin ödənilməsini qeyd edib.

Biznesmenin subay olduğu bildirilib.