Liviyanın baş naziri Fayiz Əs-Sərrac cərrahi əməliyyat keçirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat İtaliyanın paytaxtı Roma şəhərində keçirilib. Əməliyyatdan sonra uzunmüddətli müalicə prosesi üçün baş nazirin İtaliyada qalacağı bildirilib.

Hazırda onun səlahiyyətlərini icra etmək üçün yeni baş nazir əvəzi təyin olunması müzakirə olunur.

Qeyd edək ki, F.Əs-Sərracın hansı xəstəliyə görə əməliyyat olunduğu açıqlanmayıb.