Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "AstraZeneca" şirkətinin istehsal etdiyi koronavirusa qarşı vaksinin iki variantını təcili istifadə üçün tövsiyə olunan peyvəndlər siyahısına əlavə edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-dən bildirilib.

Məlumata görə, söhbət "AstraZeneca" şirkətinin Cənubi Koreyada "AstraZeneca-SKBio" müəssisəsində və Hindistanın Serum İnstitutunda istehsal etdiyi variantlardan gedir. Bu qərar vaksinin həmin variantlarının COVAX mexanizmi çərçivəsində qlobal miqyasda istifadəsinə imkan verir.