Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 91 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 945 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 106, ağır xəstələr isə 1 232 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 586 183 nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 2 482 435 nəfər sağalıb, 27 562 nəfər isə həyatını itirib.