Sakit okeanda zəlzələ hadisəsi baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ Okeaniya ölkəsi olan Vanuatu ərazisində baş verib. Adada yerləşən Portvila şəhərinin 53 kilometr qərbində olan yer silkələnməsi Rixter şkalası ilə 6.7 balla qiymətləndirilib.

Zəlzələnin ocağı yerin 14 kilometr dərinliyində yerləşib. İtkilərlə bağlı detallar açıqlanmayıb.