Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 109 milyon 676 min 360 nəfərə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 418 min 768 nəfərdir. İndiyədək 84 milyon 215 min 251 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 28 317 703 nəfər virusa yoluxub, 498 203 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 925 710 yoluxma qeydə alınıb. Onlardan 155 840 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 9 866 710 nəfərdə virus aşkar edilib. Xəstələrdən 239 895 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 086 090 yoluxma, 80 520 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 047 843 nəfər virusa yoluxub ki, onlardan 177 396-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.