Bakıda oğurluq edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də rayon ərazisindəki köşklərin birindən 3800 manat dəyərində tütün məmulatı, danışıq kartları, qulaqcıqlar və müşahidə kameraları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məhərrəmova saxlanılıb.

Araşdırma aparılır.