Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror təşkilatını maliyyələşdirənlərə qarşı əməliyyat keçirib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Tatarıstan və Krım ərazilərində keçirilən əməliyyat zamanı bir sıra şəxslər saxlanılıb.

Bildirilib ki, xeyriyyə yardımı adı altında pul toplayan şəxslər İŞİD terror təşkilatına maliyyə dəstəyi göstəriblər. Saxlanılan şəxslərlə bağlı araşdırmalar aparılır.