Ermənistanın baş naziri Nikol Paşinyan gözlənilmədən parlamenti ziyarət edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, "Joğovurd" qəzeti Paşinyanın bu qəfil ziyarətinin səbəblərini araşdırıb.

Qəzetə məlumat verən mənbə bildirib ki, Ermənistan hakimiyyəti seçki qanunvericiliyində dəyişikliklər planlaşdırır. Paşinyanın parlamentə gəlişi də seçki məcəlləsinin yeni layihəsi ilə tanış olmaq, düzəlişlər və əlavələri müzakirə etməklə bağlı olub. Ermənistan baş naziri burada hakim fraksiyanın bəzi üzvləri ilə görüşüb və siyasi konsultasiya aparıb.

Bildirilib ki, hakimiyyətin məqsədi özünə sərf edən yeni qanunvericilik bazası formalaşdırmaqdır.

Qeyd edək ki, Ermənistanda konstitusiya dəyişikliklərinin həyata keçirilməsi də müzakirə olunur.