Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğana həqarət edən hollandiyalı deputata cinayət işi açılıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Niderland parlamentinin Təmsilçilər Məclisi palatasının üzvü Qirt Vaylders sosial şəbəkə hesablarındakı paylaşımlarında Türkiyə prezidentinə həqarət edib.
Faktla bağlı Ankarada Cümhuriyyət Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb. İstintaq və araşdırmalar başladılıb.