ABŞ-da aparılan araşdırmalara görə insan bədənini bioloji batareyaya çevirən üzük və ya bilərzik kimi taxıla bilən yeni bir cihaz hazırlanıb.
Unikal.org xəbər verir ki, ABŞ-dakı Kolorado Boulder Universitetinin tədqiqatçıları insan bədənini bioloji batareyaya çevirən ucuz qiymətə istifadə edilə bilən cihaz kəşf ediblər.
"Science Advances" jurnalında təqdim olunan cihaz, üzük və ya bilərzik kimi taxılmaq elastikliyə sahibdir. Bədənin təbii istiliyindən istifadə edən cihaz daxili istiliyi elektrik enerjisinə çevirmək üçün termoelektrik generatorlardan istifadə edir.
Tədqiqatçı Şiao və qrupu tərəfindən hazırlanmış cihaz, dərinin kvadrat santimetri üçün təxminən 1 volt enerji istehsal edə bilər. Bu gərginlik batareyaların əksəriyyətinin təmin etdiyindən azdır. Ancaq saatlar və ya ağıllı bantları gücləndirmək üçün kifayətdir.
Alimlər əvvəllər termoelektrik cihazlar üzərində çalışmışlar. Bununla birlikdə, Şiao və qrupu yeni ixtiranın bu cihazlara nisbətən bir çox üstünlüklərə sahib olduğunu söyləyib. Cihazın 5-10 il ərzində bazarda ola biləcəyini düşünülür.