İranda ötən sutka ərzində 8 011 nəfər koronavirusa (COVID-19) yoluxub.

Unikal.org-un  məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 534 034 nəfərə çatıb. Virus daşıyıcılarından 3 696 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 89 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 59 117 nəfərə yüksəlib.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 310 821 nəfər koronavirusdan sağalıb, 10,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 9 rayon qırmızı, 39 rayon narıncı, 228 rayon sarı, 172 rayon isə mavi zona hesab olunur.