Ermənistanda işçilər işəgötürənlər tərəfindən məcburi qaydada kütləvi aksiyalara aparılır.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.

Bildirilib ki, son vaxtlar bu kimi hallara çox rast gəlinir, vətəndaşların konstitusion hüquqları pozulur. Açıqlamada əhaliyə müraciət olunub ki, analoji problemlərlə qarşılaşsalar, hüquq-mühafiəz orqanlarına şikayət etsinlər.