"Ey Qərb, hardasınız?".
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Trabzon təşkilatının konfransında çıxışı zamanı deyib.
"Öz təhlükəsizlik və rifahları üçün dünyanı atəşə atmaqdan çəkinməyənlərin qətiyyətsizliyi bu cür vəziyyətlərdə özünü daha çox bəlli edir. Bir başqa ölkənin başına gəlsə, bütün dünyanı ayağa qaldırardılar. 13 məsumun qətli hadisəsində isə bir neçə cılız səs xaricində Türkiyənin yanında heç kimi görə bilmədikş Ey Qərb, hardasınız? Səsiniz çıxsa da, çıxmasa da, biz işimizi bilirik. Bu terrorçulara bu ölkədə fürsət verməyəcəyik", - deyə Türkiyə prezidenti söyləyib.