"Terrorçuları hinlərində məhv edəcəyik".
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Trabzon təşkilatının konfransında çıxışı zamanı deyib.
"Əməliyyatları daha da genişləndirəcəyik. Terrorçuların gəlməsini gözləməyəcəyik. Gedib onları öz hinlərində məhv edəcəyik. Bu hadisələr millət olaraq bizi daha da birləşdirdi. Bağlarımızı gücləndirdi", - deyə Ərdoğan bildirib.