1973-cü ildə "Apple"ın yaradıcısı Steve Jobs tərəfindən doldurulmuş və əvvəllər 175.000 dollardan baha satılmış CV Jobs xatirə kitabında auksiona çıxarılıb.
Unikal.org xəbər verir ki, Stiv Cobsun doldurduğu formadan ibarət bir səhifəlik sözügedən müraciət vərəqəsi üçün yeni hərrac keçiriləcək. Yarımçıq doldurulmuş səhifədə Stiv Cobsun maraqları, iş və təcrübə sahələri, ünvanı haqqında məlumatlar da var.
Cobs maraq dairəsinin elektronika texnologiyası və ya dizayn mühəndisi olduğunu yazıb. Keçmiş iş təcrübəsi bəndini boş saxlayan Stiv kompüter və kalkulyatorlara dair bacarıqları olduğunu yazıb.
CV-nin hərracda yüksək qiymətə alıcı tapması gözlənilir. Qeyd edək ki, 24 fevralda başlayacaq hərrac 24 marta qədər davam edəcək.