Böyük Britaniyada son sutka ərzində 10 625 nəfər koronavirus infeksiyasına yoluxub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 058 468 nəfərə çatıb.
Ötən 24 saatda daha 799 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 118 195 nəfərdir. Britaniyada COVID-19-la bağlı vəziyyət hələ də kritik həddədir.