Türkiyədə son sutka ərzində 90 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 7906 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 27 652, virusa yoluxanlar isə 2 602 034 nəfərə çatıb.
Türkiyədə indiyədək 2 489 624 pasiyent (son sutkada 7189 nəfər) sağalaraq evə buraxılıb.