“Təəssüf ki, həm Brüssel, həm də ABŞ-da sanksiyalarla bağlı açıqlamalar manyakca və israrla səsləndirilir".
Unikal.org xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən dilə gətirib.
"Dialoqun davam etdirilməsi istiqamətində siyasi iradənin üstün olacağını və əlaqələrimizdəki ən çətin sualları dialoq vasitəsilə həll edə biləcəyimizə ümid edirik” - deyən Peskov Qərb ölkələrinin Rusiyaya qarşı təhdidlərindən məmnun olmadığını da əlavə edib.
“Əlbəttə, belə düşməncə təzahürlərdən qaynaqlanan potensial təhdidlər bizi davamlı olaraq səfərbər və hazırlıqlı olmağa məcbur edir.
ABŞ-ın digər ölkələrin xalqlarının taleyi və siyasi rejimlərin dəyişdirilməsi üzərindəki liderliyi isə hegemoniya qurmaq cəhdidi”, - deyə Kreml sözçüsü bildirib.