ABŞ Konqresinin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin sədri, demokrat Benni Tompson sabiq prezident Donald Trampı və onun vəkili Rudi Culianini məhkəməyə verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, konqresmenin şikayəti Vaşinqton məhkəməsinə təqdim olunub.
Müraciətdə bildirilib ki, Tramp, Culiani və digərləri əlbir olaraq, əvvəlcədən düşünülmış ssenari əsasında Kapitoliyə hücum təşkil ediblər. Onların məqsədi seçkilərin nəticəsinin tanınmasına imkan verməmək və Konqresin işinə maneə törətmək olub.
Konqresmen Trampı keçmiş prezident kimi yox, fiziki şəxs olaraq məhkəməyə verdiyini bəyan edib. Onun tələb etdiyi təzminatın məbləği açıqlanmayıb.