Yunanıstanda zəlzələ hadisəsi baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanın Fokis şəhərində yer silkələnməsi olub. Zəlzələ Rixter şkalası ilə 5.2 balla qiymətləndirilib.
Ocaq yerin 6 kilometr dərinliyində yerləşib. Dağıntı yaranıb. İtkilərlə bağlı məlumat verilməyib.