Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Şanlıurfanın Birecik ilçəsində yaşanıb. Belə ki, Şanlıurfa-Qaziantep magistral yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

Nəticədə 3 nəfər həyatını itirib, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirib. Qəza ilə bağlı araşdırmalar başladılıb.