ABŞ prezidenti Co Bayden Tramp haqqında danışmaqdan yorulduğunu deyib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bu haqda "CNN"ə danışıb.
"Tramp haqqında danışmaqdan yorulmuşam. Son 4 ildə bütün xəbərlər Tramp barədə olub. Növbəti 4 ildə hər şey Amerika xalqı haqqında olacaq", - deyə ABŞ prezidenti söyləyib.
Co Bayden həmçinin ABŞ-da koronavirus pandemiyası ilə bağlı vəziyyəti dəyərləndirib.