İtaliyadakı Etna vulkanı yenidən püskürüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Siciliya adasındakı vulkan yenidən püskürüb. Nəticədə 1 kilometr hündürlüyündə toz-duman qatı yaranıb.

Adadakı aeroportun fəaliyyəti dayandırılıb. Hava reysləri təxirə salınıb. Ətraf ərazilərdə yaşayış məntəqələri qismən ziyan çəkib.