Türkiyədə İŞİD terror təşkilatının daha bir üzvü həbs olunub.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Mersin şəhərində jandarm qüvvələri tərəfindən keçirilən əməliyyatla İŞİD-in maliyyə məsələləri ilə məşğul olan üzvü saxlanılıb.
Həmçinin müxtəlif maddi sübutlar, rəqəmsal materiallar aşkar edilərək götürülüb. Hazırda araşdırmalar davam etdirilir.