Gürcüstan hökumətində bir sıra dəyişikliklər edilib.
Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, ölkə parlamenti hökumətin tərkibində struktur və kadr dəyişiklikləri barədə qərar qəbul edib.
Qərara əsasən, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ləğv olunub. Bu nazirliyin bazasında iki yeni nazirlik yaradılıb. Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Təhsil və Elm Nazirliyi təşkil olunub.
Teya Çulukiani mədəniyyət, idman və gənclər naziri təyin olunub. Bu vaxta kimi təhsil, elm, mədəniyyət və idman naziri olan Mixail Çxenkeli isə təhsil və elm naziri kimi fəaliyyətinə davam edəcək.