Ermənistanda növbəti dəfə zəlzələ hadisəsi olub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Xidməti məlumat yayıb. Təbiət hadisəsi İrəvan şəhərinin yaxınlığında baş verib.

Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib. İrəvan və Artaşatda hiss olunan yer silkələnməsi Rixter şkalası ilə 3 balla qiymətləndirilib. Dağıntı və itki ilə bağlı məlumat yoxdur.