"Amazon" korporasiyasının rəhbəri Ceff Bezos yenidən dünyanın ən zəngin insanı olub.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki,  C.Bezos bundan əvvəl birinci yerdə olan İlon Maskı geridə qoyub.

Məluamata görə, Bezosun birja ticarətinin nəticələrindən sonra aktivlərinin ümumi dəyəri 372 milyon dollar azalaraq 191 milyarda enib. "Tesla" səhmlər kursunun düşməsi səbəbindən İ.Maskın sərvəti 4,5 milyard dollar azalaraq 190 milyard olub.

Bununla da Bezos "Bloomberg"in tərtib etdiyi dünyanın ən varlı insanları siyahısında 1-ci, Mask isə 2-ci yerdə qərarlaşıb.