Sabirabad rayon sakinindən silah götürülüb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabirabad Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaralar kənd sakini N.Vəliyevdən “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.