Yunanıstan tərəfindən deportasiya edilən qaçqınlar Türkiyəyə sığınıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat verilib.

Bildirilib ki, Yunanıstan tərəfindən telefonları və pulları alınan, zorakılığa məruz qoyularaq qanunsuz yollarla Türkiyəyə deport edilməyə çalışılan bir qrup qaçqın donmaq təhlükəsi ilə üz-üzə qalıb. Türkiyə tərəfi qaçqınları xilas edərək onları Edirnenin Meriç ilçəsinə gətirib.