Ermənistanda məşhur xeyriyyə fondu olan "Hayastan" cəmiyyətində yeyinti iddiaları gündəmə gəlib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan prezidenti Armen Sarkisyan fondun icraçı direktoru Haykak Arşamyanı qəbuluna dəvət edib.

Bildirilib ki, A.Sarkisyan "Hayastan" fondunun maliyyə hesabatını tələb edib. Ermənistan prezidenti həmçinin fondun qəyyumlar şurasının növbədənkənar fövqəladə toplantısını çağırmaq niyyətindədir. 

Qeyd edilib ki, vətəndaşların və diaspora nümayəndələrinin maliyyə dəstəyi və ianələr göndərdiyi fondun vəsaitlərinin xərclənməsi cəmiyyətdə bir çox suallar doğurub. Sarkisyan şura üzvlərinə müraciət edərək fondun xərcləri ilə bağlı beynəlxalq bir audit təşkil edilməsini xahiş edib.